Tovuzda qəza olub, xəsarət alanlar var

Tovuzda qəza olub, xəsarət alanlar var
# 29 noyabr 2022 09:16 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı minik maşını ilə "VAZ" markalı avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, qəza zamanı Tovuz rayon sakinləri 1989-cu il təvəllüdlü Ceyhun Hacıyev və 1986-cı il təvəllüdlü Üzeyir Xaqverdiyev xəstəxanaya yerləşdirilib, vəziyyətləri normaldır: “Bir nəfərin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Faktla bağlı araşdırma aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR