Ucar sakini toyda bıçaqlanıb

Ucar sakini toyda bıçaqlanıb
# 06 noyabr 2022 23:40 (UTC +04:00)

Ucarda keçirilən toy məclisində bıçaqlanma baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şadlıq saraylarından birində baş verib.

Toy məclisinin 2 iştirakçısı arasında baş vermiş mübahisə qanla nəticələnib.

Nəticədə rayon sakini, 1983-ci il təvəllüdlü Seymur Soltanəli oğlu İsmayılov bıçaqlanıb.

Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR