Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun erməni hərbçini yaralaması xəbəri yalandır

Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun erməni hərbçini yaralaması xəbəri yalandır
# 24 noyabr 2022 01:38 (UTC +04:00)

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik yayılan məlumatı qəti surətdə təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR