"Airbus" uzun illərdən sonra ilk dəfə "Boeing"i qabaqlayıb

"Airbus" uzun illərdən sonra ilk dəfə "Boeing"i qabaqlayıb
  • Clock-gray 13:11
  • calendar-gray 02 Yanvar 2020

Fransanın "Airbus" şirkəti satılan təyyarələrin sayına görə "Boeing" korporasiyasını qabaqlayaraq uzun müddətdən sonra ilk dəfə olaraq təyyarə sənayesinin lideri oldu.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, "Boeing" 2011-ci ildən liderliyi əldən vermirdi.

Ötən il "Airbus"ın satışları əvvəlki illə müqayisədə təxminən 8% artıb və 863 təyyarə təşkil edib.

Aviasiya sənayesinin iki nəhənginin fəaliyyətindəki dəyişiklik əsasən "Boeing 737 MAX" təyyarələrinin iki qəzasından sonra yaranan böhran və bu laynerlərdə sonrakı kritik nasazlıqların aşkarlanması ilə əlaqədardır.

"Airbus" rəsmi olaraq satılan təyyarələrin sayını şərh etməkdən imtina edib. Şirkət rəsmiləri bunu rəqəmlərin dərc olunmamışdan öncə yoxlanmalı olduğu ilə izah edib.

"Boeing" 2019-cu ilin yanvar-noyabr aylarında 345 təyyarə satıb. Bunlar əsasən uzaq məsafəli laynerlər olub.

APA-Economics

Digər xəbərlər

Arxiv

date