AMB: Cari ilin 9 ayında kredit portfeli 15%, biznes kreditləri 11% artıb

Taleh Kazımov

© APA | Taleh Kazımov

# 03 noyabr 2022 12:57 (UTC +04:00)

“Cari ildə sahibkarların maliyyə çıxışı imkanlarının genişləndirilməsi diqqətdə saxlanılıb”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

Onun sözlərinə görə, cari ilin 9 ayında kredit portfeli 15%, biznes kreditləri 11% artıb.

“Hazırda biznes kreditləri portfelin 56%-ni təşkil edir. İnflyasiyanın azaldılması və maliyyə sabitliyi məqsədilə istehlak kreditlərini məhdudlaşdıran tədbirlər həyata keçirilib”, - deyə T. Kazımov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR