AMB: Kreditləşmə ilə bağlı yeni qayda Azərbaycanda avtoparkın yenilənməsinə töhfə verəcək

AMB: Kreditləşmə ilə bağlı yeni qayda Azərbaycanda avtoparkın yenilənməsinə töhfə verəcək
# 23 sentyabr 2022 16:19 (UTC +04:00)

Ekoloji təmiz nəqliyyat vasitələri ilə bağlı kreditlərdə ilkin ödənişin azaldılması Azərbaycanda avtoparkın yenilənməsinə töhfə verəcək.

"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktor müavini Samir Rzayev deyib.

O bildirib ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda” iyulun 30-da qüvvəyə minib.

"Düşünürük qaydaların təsdiq edilməsi və bu qaydalar əsasında bankların bazara məhsullar çıxarması maliyyə əlçatanlığının artırılmasında mühüm rol oynayacaq, elektrik və hibrid avtomobillərin istifadəsinin genişləndirilməsinə şərait yaradacaq", - deyə Samir Rzayev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR