Naxçıvanda orta aylıq əməkhaqqı 4%-dən çox artıb

Naxçıvanda orta aylıq əməkhaqqı 4%-dən çox artıb
# 21 aprel 2022 11:39 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 559,6 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar ayında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 553,8 manata bərabər olub.
Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR