Aİ səfiri: “Sazişlə bağlı işlər çox irəli gedib”

Aİ səfiri: “Sazişlə bağlı işlər çox irəli gedib”
# 04 may 2022 16:24 (UTC +04:00)

Son aylarda Azərbaycanla Avropa İttifaqı arasında sazişlə bağlı işlər intensivləşib.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

O, təmasların növbəti həftələrdə də davam edəcəyini əlavə edib.

Avropalı diplomat yeni sazişin Aİ və Azərbaycan arasında əməkdaşlığın bütün sahələrini əhatə edəcəyini qeyd edib.

“Ümid edirik ki, Avropa İttifaqı və Azərbaycan arasında bu danışıqlar tezliklə tamamlanacaq və qalan məsələlər həll olunacaq. Sazişlə bağlı işlər çox irəli gedib. Bu saziş bütün əməkdaşlıq sahələrini əhatə edəcək və əhatəli olacaq. Bu, 1990-cı illərdə qəbul olunan sazişi əvəz edəcək mürəkkəb bir sazişdir”, - diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR