İordaniya Kralı Prezident İlham Əliyevi təbrik edib

İordaniya Kralı II Abdullah ibn Al Hüseyn, Azərbaycan Prezidenti İlham Əliyev

© APA | İordaniya Kralı II Abdullah ibn Al Hüseyn, Azərbaycan Prezidenti İlham Əliyev

# 27 may 2021 17:13 (UTC +04:00)

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının xalqı və hökuməti adından Sizə və böyük Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR