Avstriya xarici işlər naziri: "Aİ-nin Azərbaycan və Ermənistan arasında etimadın yaradılması istiqamətində təklifləri var"

Avstriya xarici işlər naziri: "Aİ-nin Azərbaycan və Ermənistan arasında etimadın yaradılması istiqamətində təklifləri var"
# 26 iyun 2021 17:22 (UTC +04:00)

“Avropa İttifaqının Azərbaycan və Ermənistan xalqları arasında etimadın yaradılması istiqamətində təklifləri var”.

Bunu APA-nın sualına cavab olaraq Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Rumıniya, Litva XİN başçıları ilə Cənubi Qafqaz regionuna səfərinin yekununda keçirilən mətbuat konfransında deyib: “Biz bu məsələni hər iki ölkənin rəhbərliyi ilə ətraflı şəkildə müzakirə etdik. Brüsselə qayıtdıqdan sonra bununla bağlı həmkarlarımızı da məlumatlandıracağıq. Elə bu səfərin özü məhz həmin məqsədə xidmət edir. Bu, onu göstərir ki, Avropa İttifaqı bununla maraqlanır, regionla əlaqədədir və bu, belə davam edəcək. Aİ kimi edə biləcəyimiz bir şey varsa, o da elə məhz güvən və etimadın yaradılmasıdır. Biz öz potensialımızdan istifadə edirik. Aİ kimi bu məsələlərdə biz yaxşıyıq. İnanın ki, bizim bu səfərdə də mesajımız bu idi. Lakin biz fərqindəyik ki, bu, çox həssas məsələdir. Qarabağ münaqişəsi ilə bağlı yaralar hələ açıqdır. Biz bu prosesi sağaltmağa başlamalıyıq. Təbii ki, biz bütün detalları ictimai şəkildə açıqlaya bilmərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR