İranda bir nəfər edam edilib

İranda bir nəfər edam edilib
# 08 yanvar 2014 01:25 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın Kohgiluyə və Boyer Əhməd vilayətində bir nəfər edam edilib. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, məhbus qətldə günahlandırılaraq dara çəkilib. Onun ad və soyadı açıqlanmayıb, yalnız Ləndəh şəhərinin sakini olduğu qeyd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra yanvarın 7-də səhər saatlarında Gəcsəran həbsxanasında icra olunub.

Qeyd edək ki, ötən ay İranda 80-dən çox məhbusun edam edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR