İntihara cəhd edən məcburi köçkünün Gəncədə yaşamadığı məlum olub - YENİLƏNİB 1 - FOTO - VİDEO

İntihara cəhd edən məcburi köçkünün Gəncədə yaşamadığı məlum olub - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 12 fevral 2014 09:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə beşmərtəbəli yataqxananın damına çıxaraq intihar etmək istəyən şəxsin Goranboy rayonunda yaşadığı məlum olub.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin Gəncə şəhər Nizami rayonu üzrə nümayəndəsi Səbuhi Süleymanovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, bu gün Gəncə Dövlət Universitetinin yataqxanasının beşmərtəbəli binasının damına çıxaraq intihar etmək istəyən 34 yaşlı Səxavət Məmmədov həmin yataqxanada deyil, Goranboy rayonunun Meşəli kəndində yaşayır.

“Gəncədə yeni salınan şəhərciyə isə yalnız Gəncədə yataqxanalarda məskunlaşan məcburi köçkünlər yerləşdirilir. Səxavət Məmmədov yataqxanada yaşamır, Goranboy rayonunun Meşəli kəndində məskunlaşıb. Ona görə də Komissiya üzvləri onun adını ev alanların siyahısına daxil etməyiblər”.

S. Süleymanov onu da bildirib ki, Səxavət Məmmədovun yataqxanada yaşayan iki bacısı yeni mənzillərlə təmin ediliblər.

***

saat 11.01

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində intihara cəhd edən məcburi köçkün fikrindən daşınıb.

APA-nın yerli bürosunun məlumatına görə, məskunlaşdığı yataqxananın beşinci mərtəbəsindən özünü və övladlarını atacağını bildirən Kəlbəcər rayonundan olan məcburi köçkün, 1980-ci il təvəllüdlü Məmmədov Səxavət Həbib oğlu Fövqəladə Hallar Nazirliyi və Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının apardığı söhbətdən sonra intihar etməyəcəyini deyib.

FHN əməkdaşları S. Məmmədovu və onun 2001 və 2009-cu il təvəllüdlü övladlarını Gəncə Dövlət Universitetinin yataqxanasının damından düşürüblər.

Məlumata görə, S. Məmmədov ev bölgüsü zamanı ona qarşı haqsızlıq olduğunu əsas gətirərək, özünü və övladlarını yataqxananın beşinci mərtəbəsindən atacaqlarını bildirib.

S. Məmmədov Gəncə şəhər Baş Polis İdarəsinə aparılıb.

***

saat 10:24

Gəncə. Azər Məmmədli - APA. Gəncə Dövlət Universitetinin yataqxanasında məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün intihar edəcəyini bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, beşinci mərtəbəyə çıxan orta kişi özünü oradan atacağı ilə hədələyir.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyi, Gəncə Şəhər Polis İdarəsinin əməkdaşları onu fikrindən daşındırmaq üçün danışıqlar aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR