Masallı şəhərinin ərazisi genişləndirilib

Masallı şəhərinin ərazisi genişləndirilib
# 05 mart 2013 14:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisdə “Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. APA-nın xəbərinə görə, layihə barədə deputat Fəzail İbrahimli məlumat verərək bildirib ki, qanun layihəsinə əsasən Masallı rayonunun tərkibində olan Dadva, Digah, İskəndərli və Seybəyin kəndləri, eyni zamanda, Bambaşı kənd inzibati ərazi dairəsi tərkibindəki Kosagül və Təklə kəndləri ləğv edilərək Masallı şəhərinin tərkibinə daxil edilir. Bu kəndlər dövlət reyestrindən çıxarılır. Bundan əlavə, Masallı şəhərinə yaxın olan 9 kəndin ərazisindən 600 hektar ərazi alınaraq şəhərin tərkibinə qatılır. Bununla da Masallı şəhərinin ərazisi 300 hektardan 2500 hektara qədər genişlənmiş olur. Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR