Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Həyatverici lütf” dini icmasını məhkəməyə verməsinin səbəbi açıqlanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Həyatverici lütf” dini icmasını məhkəməyə verməsinin səbəbi açıqlanıb
# 15 mart 2012 16:04 (UTC +04:00)
DQİDK-nin Hüquq şöbəsinin müdiri Yusif Əsgərov APA-nın sorğusuna cavab olaraq bildirib ki, “Həyatverici lütf” dini icması 21 aprel 1993-cü ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb: “Lakin 2001-ci ildə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu dini icma Dövlət Komitəsində qeydiyyatdan keçməyib. 2009-cu ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa edilmiş əlavə və dəyişikliklərə uyğun olaraq, əvvəllər qeydiyyatdan keçmiş dini icmalar 1 yanvar 2010-cu il tarixinədək sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim etməli idilər. Ancaq həmin müddət bitənədək “Həyatverici lütf” dini icması yenidən qeydiyyatdan keçmək üçün müvafiq sənədlərini Dövlət Komitəsinə təqdim etməyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunçuluğa uyğun olaraq sözügedən dini icmanın ləğvi üçün məhkəməyə müraciət edib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR