Dünyanın ən böyük şirkətlərinin gəlirləri açıqlanıb

Dünyanın ən böyük şirkətlərinin gəlirləri açıqlanıb
# 12 iyul 2012 10:54 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Dünyanın ən böyük şirkətlərinin gəlirləri açıqlanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Fortune Global 500” 2012-nin siyahısında ilk yeri Hollandiyanın neft və qaz şirkəti “Royal Dutch Shell” tutur. Şirkətin illik gəliri 484 mlrd. ABŞ dolları təşkil edir.

İkinci yerdə 452 mlrd. dollar illik gəliri olan “Exxon Mobil”, üçüncü yerdə isə ABŞ-ın “Wal-Mart” şirkəti qərarlaşıb. Sonuncunun illik gəliri 446 mlrd. dollar təşkil edib.

Qonşu Türkiyədən ilk 500-ə 45 mlrd. dollar illik gəlirlə “Koç” Holdinq, Rusiyadan isə 7 şirkət düşüb.

Siyahıda 15-ci yerdə qərarlaşan “Qazprom”un illik gəliri 157 mlrd. ABŞ dolları təşkil edib. İlk “500-lük”də yer alan ikinci rus şirkəti “LUKoil” kompaniyasıdır. Azərbaycanlı milyarder Vahid Ələkbərovun şirkətinin illik gəliri 111 mlrd. dollarıdır.

Rusiyanın üçüncü böyük gəlir əldə edən şirkəti isə “Rosneft”dir. İllik 65 mlrd. dollar gəlir əldə edən “Rosneft” siyahıda 137-ci yerdə qərarlaşıb.

Dördüncü böyük rus şirkəti olan TNK-BP 48,9 mlrd. dollar gəliri ilə 192-ci yeri tutub.

İlk 500 siyahısına düşən digər rus şirkətləri isə illik gəlirləri 35,5 mlrd. dollar olan “Sberbank”, 34,5 mlrd. dollar olan “Sistema Grup” və 25,9 mlrd. dollar olan “Surqutneftqaz”dır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR