Zaqatala Dövlət təbiət qoruğunda yanğın baş verib

Zaqatala Dövlət təbiət qoruğunda yanğın baş verib
# 08 avqust 2012 07:06 (UTC +04:00)
Balakən. Vüqar Heydərov - APA. Zaqatala Dövlət təbiət qoruğu ərazisində yanğın hadisəsi qeydə alınıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Yanğından Mühafizə Hissəsindən (YMH) məlumat verilib. Məlumatda bildirilir ki, yanğın qoruğun Balakən rayon ərazisindən keçən hissəsində, Qaraçay sahəsinin 05 saylı dolayında baş verib. Hadisə yerinə FHN-nin Balakən YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın qısa müddət ərzində söndürülüb. Yanğın nəticəsində ərazidə 35 sot sahədə quru ot və kol-kos yanıb. Faktla bağlı Balakən rayon YMH-də araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR