Azərbaycanın iqtisadi inkişaf naziri Qaraçay-Çərkəz Respublikasının rəsmi nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Qaraçay-Çərkəz Respublikasının rəsmi nümayəndə heyəti ilə görüşüb
# 29 oktyabr 2012 15:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda səfərdə olan Rusiyanın Qaraçay-Çərkəz Muxtar Respublikasının başçısı Rəşid Təmrəzovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevlə görüşüb.

«APA-Economics»in məlumatına görə, görüşdə Azərbaycan və Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşları, iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri və digər aktual məsələlər müzakirə olunub.

Qeyd edək ki, Qaraçay-Çərkəz Respublikasının nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində bu gün Azərbaycan-Rusiya biznes forumu keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR