Rusiya Müdafiə Nazirliyi: Hələbdə 48 saatlıq "sükut rejimi" tətbiq olunur

Rusiya Müdafiə Nazirliyi: Hələbdə 48 saatlıq "sükut rejimi" tətbiq olunur
# 15 iyun 2016 22:19 (UTC +04:00)

Bakı-APA. İyunun 16-dan saat 00.01-dən etibarən Suriyanın Hələb şəhərində 48 saatlıq “sükut rejimi” tətbiq olunacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

“Rusiyanın təşəbbüsü ilə yunun 16-dan saat 00.01-dən etibarən Suriyanın Hələb şəhərində 48 saatlıq “sükut rejimi” tətbiq olunacaq”, - deyə məlumatda qeyd olunur. Bildirilir ki, "sükut rejimi" zorakılıq hallarının azalması və vəziyyətin sabitləşməsi məqsədi ilə tətbiq olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR