"Dekabank"a baş direktor təyin olunub

"Dekabank"a baş direktor təyin olunub
# 24 may 2016 07:53 (UTC +04:00)

Bakı - APA-Economics. "DekaBank" ASC-nin rəhbərliyinə yeni təyinatlar olub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, bankın İdarə Heyətinin sədri Niyazi Vəliyev işdən çıxarılıb. Onu yerinə İsmayıl Əliyev təyin olunub. İ. Əliyev bu təyinatadək İdarə Heyəti sədrinin I müavini olub.

İ. Əliyevin yerinə isə təyinat yoxdur.

Bundan başqa, İdarə Heyətinin üzvü Adil Səfərov də tutduğu vəzifədən kənarlaşdırılıb. Bu vəzifəyə də hələlik təyinat yoxdur.

İdarə Heyətində baş direktor vəzifəsi yaradılıb. Bu vəzifəyə indiyədək "Bakı" filialının direktoru işləmiş İsfəndiyar İbişov təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR