Bakı Fond Birjasının saytında FOREX bölməsi fəaliyyətə başlayıb

Bakı Fond Birjasının saytında FOREX bölməsi fəaliyyətə başlayıb
# 02 avqust 2014 08:05 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda FOREX bazarının inkişafını təmin etmək məqsədi ilə Bakı Fond Birjasının (BFB) rəsmi internet səhifəsində (www.bfb.az) FOREX bölməsi istifadəyə verilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, artıq bu sahə ilə maraqlanan insanlar əlavə olunmuş bölmədə FOREX haqqında ümumi məlumat, birjada FOREX ticarətinin təşkili və strukturu o cümlədən, Bakı Fond Birjasının tərəfdaşları və ticarət dövriyyələri haqqında ətraflı məlumat əldə edə bilərlər.

Bu istiqamətdə görülən işlər, tənzimlənən FOREX bazarının institutları vasitəsilə likvid, şəffaf və ədalətli qiymət prinsiplərinə uyğun həyata keçirilməsi üzrə mühüm addımdır. Bakı Fond Birjasının rəsmi internet səhifəsində FOREX bölməsinin istifadəyə verilməsi “2011-2020-ci illərdə Azərbaycan Respublikasında Qiymətli Kağızlar Bazarının inkişafı” üzrə Dövlət Proqramındakı tədbirlər planı çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, Bakı Fond Birjasının FOREX bazarında likvidlik təminatçısı qismində “InvestAZ” şirkəti çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR