III Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaq

III Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaq
# 26 oktyabr 2015 11:54 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakıda “Fusion Doll” III Bakı Beynəlxalq Kukla Biennalesi təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir noyabrın 5-dən 10-dək nazirlik tərəfindən Muzey Mərkəzinin Sərgi Qalereyasında keçiriləcək.

Nazirlikdən bildiriblər ki, “Fusion doll” III Bakı Beynəlxalq Kukla Biennalesinin əsas məqsədi dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənəti sahəsində uğurlara və ənənələrə malik Azərbaycanı uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.

Biennaledə Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Estoniya və Yaponiyadan olan kukla ustaları iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR