Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2016-cı ilin avqust ayının 1-ə 16 202,3 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2015-ci ilin eyni dövrü ilə müqayisədə 3 399,2 mln. manat və ya 17,34% azdır.
Ümumiyyətlə, iyul ayında kredit qoyuluşu 1 683,1 mln. manat və ya 9,41% azalıb.