Federika Mogerini Azərbaycan prezidentinə başsağlığı məktubu göndərib

Federika Mogerini Azərbaycan prezidentinə başsağlığı məktubu göndərib
# 08 dekabr 2015 12:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini dekabrın 4-də “Günəşli” yatağında baş verən qəza ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.

APA-nın Aİ-yə istinadən verdiyi məlumata görə, məktubda o, ciddi xəsarətlər və həyat itkisi ilə nəticələnən hadisədən dəhşətə gəldiyini ifadə edib.

F. Mogerini Aİ adından faciə qurbanlarının ailələrinə və dostlarına səmimi başsağlığı verib, itkin düşmüş şəxslərin taleyi ilə bağlı narahatlığını ifadə edib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR