"Toyota" mənfəətini 14,5% azaldıb

"Toyota" mənfəətini 14,5% azaldıb
# 04 avqust 2016 10:47 (UTC +04:00)

Bakı - APA-Economics. "Toyota" şirkətinin mənfəəti cari maliyyə ilinin birinci rübündə (aprel-iyun) 14,5% azalıb.

"APA-Economics" xəbər verir ki, Yaponiyanın avtomobil istehsalçısının mənfəəti 646,4 mlrd. yapon yenindən 552,465 mlrd. yenə (təxminən 5,44 mlrd. dollar) qədər azalıb.

Şirkətin açıqlamasında deyilir ki, mənfəətin azalmasına səbəb yapon yeninin məzənnəsinin artmasıdır. Bu, xaricdə avtomobil satışından əldə olunan gəlirə mənfi təsir edir. Belə ki, Şimali Amerikada satışlardan əldə olunan gəlir 10,8%, Avropada 3,4%, Mərkəzi və Cənubi Amerika, Afrika, Okeaniya və Yaxın Şərqdə isə 12,5% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR