“Azərbaycan İpoteka Fondu”nun banklardakı depozitinin məbləği 57% artıb

“Azərbaycan İpoteka Fondu”nun banklardakı depozitinin məbləği 57% artıb
# 29 avqust 2017 12:32 (UTC +04:00)

“Azərbaycan İpoteka Fondu” ASC 2017-ci ilin II rübünün göstəricilərini açıqlayıb.

APA-Economics”in verdiyi xəbərə görə, cari il iyulun 1-nə Fondun aktivlərinin həcmi 790,413 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,51% çoxdur.

Fondun cəmi öhdəlikləri hesabat dövrü ərzində 19,02% artaraq 409,302 mln. manata çatıb. Azərbaycan İpoteka Fondunun banklarda yatırdığı depozitlərin məbləği də artıb. Belə ki, bu ilin iyulun 1-nə olan məlumata əsasən, Fond banklarda 59, 460 mln. manatlıq depozit yerləşdirilib ki, bu da 1 il əvvəl ilə müqayisədə 56,88% çoxdur.

Aktivlərin 74,59%-ni və ya 589 577 151 manatını ipoteka kreditləri, 7,52%-ni və ya 59 460 329 manatını banklarda yerləşdirilmiş depozitlər, 15,25%-ni və ya 120 508 340 manatını ödəniş tarixinədək saxlanılan investisiyalar təşkil edir.

Fondun cəmi kapitalı 381 mln. 111 min manat, nizamnamə kapitalı isə dəyişməyərək 365 mln. 927 min manat təşkil edib. Başqa sözlə, son 1 ildə “Azərbaycan İpoteka Fondu”nun cəmi kapitalı 20,04%, nizamnamə kapitalı 26,58% artıb.

Bu ilin iyulun 1-nə Fondun faiz gəlirləri 16, 481 mln. manata, faiz xərci 5,749 mln. manata bərabər olub.

Fond bu ilin altı ayını 8 mln. 130 min manat mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR