Pensilvaniyada silahlı şəxs küçədən keçənlərə atəş açaraq 7 nəfəri yaralayıb

Pensilvaniyada silahlı şəxs küçədən keçənlərə atəş açaraq 7 nəfəri yaralayıb
# 23 iyun 2015 07:20 (UTC +04:00)

APA-nın NBC telekanalına istinadən verdiyi xəbərə görə, yaralananlar arasında 3 və 11 yaşlı qız, 9 yaşlı oğlan uşaqları da var.

Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hadisə yerində araşdırma aparan polisin sözlərinə görə, cinayətin baş verdiyi Filadelfiya şəhərinin Hilton küçəsində silah tapılıb, atəşin məhz həmin silahdan açıldığı ehtimal olunur.

Polis cinayətkarı isti izlərlə tapmağa müvəffəq olmayıb.

Xatırladaq ki, iyun ayının 20-də Filadelfiya şəhərində 10 nəfərin yaralanması ilə nəticələnən analoji hadisə baş vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR