«Finans Lizinq» şirkəti yeni səhm emissiyasına hazırlaşır

«Finans Lizinq» şirkəti yeni səhm emissiyasına hazırlaşır
# 18 dekabr 2013 09:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Finans Lizinq» ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin emissiya prospekti qeydə alınıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 200 min manat təşkil edir.

Yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək. Yerləşdirmə zamanı anderrayter vəzifəsində «Texnika Kapital Menecment» MMC çıxış edəcək.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 20% artırılaraq 1,2 mln. manata çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR