«Parabank» iyundan kommunal ödənişlərlə bağlı yeni kampaniya başlayır

«Parabank» iyundan kommunal ödənişlərlə bağlı yeni kampaniya başlayır
# 23 may 2012 15:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC bu ilin iyun ayından kommunal ödənişlər edən müştərilərə hədiyyələr təklif edəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Parabank»da kommunal ödəmələr edən hər bir müştəri mobil rabitə üçün danışıq (kontur) kartları alacaq və ya danışıq kartlarını pul vahidi ilə əvəz edə biləcək.

Qeyd edək ki, kampaniya bu ilin iyun ayının 1-dən oktyabr ayının 1-dək davam edəcək. Aksiya bankın baş ofisi və bütün filiallarında həyata keçirilir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprel ayının 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 238 POS-terminalı və 402 işçisi mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR