Qobustanda Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib - FOTO

Qobustanda  Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib - <font color=red>FOTO</font>
# 20 sentyabr 2012 16:14 (UTC +04:00)
Nazir Əbülfəs Qarayev Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə bağlı xüsusi göstərişlər verib

Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Qobustan Milli Tarixi-Bədii Qoruğunda Mədəniyyət və Turizm Nazirliyinin növbəti kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə qoruqla tanış olublar. Kollegiya iclasında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər Qobustan Milli Tarixi-Bədii Qoruğuna göstərilən dövlət qayğısından söz açıb.

İclasda nazirliyin mədəni iş şöbəsinin müdiri Rüfət Nuriyev Qobustan Milli Tarixi-Bədii Qoruğunun fəaliyyətinin təkmilləşdirilməsi və göstərilən mədəni xidmətlərin vəziyyəti barədə məruzə ilə çıxış edib.

Bildirilib ki, ilk dəfə Qobustanın qədim qayaüstü təsvirləri 1939-cu ildə Azərbaycanın görkəmli arxeoloqu İshaq Cəfərzadə tərəfindən qeydə alınıb. Hazırda Qobustanın qayaüstü kolleksiyası 6 mindən artıq qayaüstü təsvirdən ibarətdir. Tarixi əhəmiyyəti, eləcə də onların tədqiqi və mühafizəsinin mütəşəkkil sürətdə təşkil olunması məqsədilə 1966-cı ildə 4500 hektar ərazini əhatə edən Böyükdaş, Kiçikdaş və Cingirdağ dağları və Yazılıtəpə sahəsi Qobustan qoruğu elan edilib. Qobustan qayaüstü incəsənətinin bəşər tarixi və yaradıcılığının öyrənilməsində özünəməxsusluğu və əhəmiyyəti nəzərə alınaraq Nazirlər Kabinetinin müvafiq qərarı ilə qoruğa Milli Qoruq statusu verilib. Qoruğun ötən il istifadəyə verilən yeni inzibati binası müasir standartlara tam cavab verən bir səviyyədə inşa olunub. Qobustanın yeni ekspozisiyası Portuqaliyanın Penolif şəhərində Avropa Muzeylər Forumunda “Avro-muzey-2012” müsabiqəsində birinci yerə layiq görülüb. Qoruğun tarixinin araşdırılması istiqamətində görülən işlərdən söz açan şöbə müdiri bildirib ki, son illər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qobustan arxeoloji ekspedisiyasının rəisi, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradovanın “Qobustan tunc dövründə” adlı kitabı, Qobustana aid 3 dildə bukletlər nəşr olunub. İshaq Cəfərzadənin məqalələr toplusu hazırlanaraq nəşriyyata verilib. Beynəlxalq və yerli nəşrlərdə Qobustana aid 20-dən artıq məqalə nəşr olunub. İclasda Qobustan Milli Tarixi-Bədii Qoruğu muzeyinin direktoru Məlahət Fərəcova görülmüş işlərdən, həyata keçiriləcək layihələrdən danışıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qobustan arxeoloji ekspedisiyasının rəhbəri, Qobustan abidələrinin tədqiqatçısı Firuzə Muradova milli sərvətimiz olan Qobustan Dövlət Milli Tarix-Bədii Qoruğunun bütün dünyada geniş şəkildə təbliğinin vacibliyini qeyd edib.

Kollegiya üzvlərindən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirin müavinləri Sevda Məmmədəliyeva, Ədalət Vəliyev, nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev mövzu ilə bağlı təklif və təşəbbüslərlə çıxış ediblər.

İclasda əldə edilmiş uğurlar təhlil edilib, mövcud problemlərdən danışılıb və müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Kollegiyaya yekun vuran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Qobustan Milli Tarixi-Bədii Qoruğu Azərbaycanın milli sərvətidir: “Bu sərvəti qorumalı, onun təbliğinə xüsusi diqqət yetirilməlidir. Bu sahədə kadr hazırlığı məsələlərin xüsusi diqqət ayrılmalı, turistlərə göstərilən mədəni xidmətin keyfiyyəti artırılmalıdır. Bu işin səmərəli aparılması üçün nazirliyin müvafiq şöbələri, habelə əlaqədar təşkilatlar birgə, əlaqəli iş aparmalıdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR