Azərbaycan təmsilçiləri Krans Montana Sabahın Yeni Liderləri Forumuna üzv seçilib
09 mart 2012 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Brüsseldə (Belçika) Krans Montana Sabahın Yeni Liderləri Forumu keçirilib.
Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə biznes və idarəetmə sahəsində professional nailiyyətlərinə və liderlik təcrübəsinə əsasən seçilmiş gənc liderlər iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Adil Məmmədov Azərbaycanda gənclərə göstərilən diqqət və qayğı, eləcə də gəncliyin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları barədə məlumat verib.
Forumda A.Məmmədov və «Təmiz Şəhər» ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Krans Montana Sabahın Yeni Liderləri Forumuna üzv seçilib. Azərbaycanla yanaşı, Niderland, Fransa, Yəmən, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və digər ölkələrin təşkilat və universitetlərinin rəhbərləri Sabahın Yeni Liderləri Forumunun üzvü olub.
Foruma üzvlər seçilərkən gənc liderlərin təmsil etdikləri ölkələr və rəhbərlik etdikləri qurumlar tərəfindən həyata keçirilən tədbirlər - məlumatlılığın artırılması, işgüzar əlaqələrin qurulması, təbliğat xarakterli tədbirlərin təşkili, eləcə də bu təşkilatların ölkənin ümumi sosial-iqtisadi inkişafına göstərdikləri dəstək nəzərə alınıb.
Qeyd edək ki, Krans Montana Sabahın Yeni Liderləri Forumunun üzvləri 3 il müddətinə seçilir. Bu müddət ərzində üzvlər Krans Montana Forumu tərəfindən təşkil edilən bütün yüksək səviyyəli tədbirlərdə qeydiyyat haqqı ödəmədən və məhdudiyyət olmadan iştirak edir, dünyanın peşəkar şəbəkələri ilə əlaqələrin genişləndirilməsi imkanı əldə edir, dəvət olunduqları regional və beynəlxalq tədbirlərin gündəliyinə müvafiq təşəbbüs və təkliflər irəli sürə bilirlər.

Sahibkarlıq
Kazan Forumunda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığına dair dəyirmi masa keçirilib
18:24
17 may 2024
Mahayət Nəbiyev: “Kristal Abşeron" tikintidə enerji qənaəti üçün innovativ texnologiyalarda istifadə edir
17:35
17 may 2024
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
12:28
17 may 2024
Nazir müavini: Enerji keçidində maliyyələşdirmə ilə bağlı bütün maraqlı tərəflərlə işləməyə hazırıq
11:23
17 may 2024