Kalmıkiyada “quş qripi” aşkarlanıb

Kalmıkiyada “quş qripi” aşkarlanıb
# 20 fevral 2007 16:22 (UTC +04:00)
Kalmıkiyada çöl quşlarından götürülən nümunələrdə “quş qripi” aşkarlanıb. APA-nın xəbərinə görə, muxtar respublikanın Yaşaltı və Oktyabr rayonlarında aparılan monitorinqlər zamanı ölmüş çöl quşlarının cəsədləri götürülərək laborator müayinəyə göndərilib. Müayinə nəticəsində quşların H5N1 virusundan öldüyü müəyyənləşib. Hazırda ərazidəki ev quşlarında peyvəndləmə aparılır. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR