Azərbaycanda banklarının mənfəəti son bir ildə 2,6 dəfə artıb

Azərbaycanda banklarının mənfəəti son bir ildə 2,6 dəfə artıb
# 12 noyabr 2013 08:42 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları 2013-cü ilin yanvar-sentyabr aylarında 263,94 mln. manat həcmində vergi ödənilənədək mənfəət qazanıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, bu, 2012-ci ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 160,58 mln. manat və ya 2,6 dəfə çoxdur.

Yanvar-sentyabr aylarında bankların faiz gəlirləri 1 193,61 mln. manat, faiz xərcləri 589,11 mln. manat təşkil edib və nəticədə, 589,11 mln. manata bərabər faiz mənfəəti yaranıb. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 310,86 mln. manat, qeyri-faiz xərcləri isə 524,81 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 213,95 mln. manat həcmində zərər yaranıb.

Qeyd edək ki, faiz mənfəəti illik müqayisədə 163,20 mln. manat və ya 38,3%, qeyri-faiz zərəri isə 48,69 mln. manat və ya 29,5% artıb. Göründüyü kimi, yekun mənfəətin artımı qeyri-faiz zərərin azalması ilə deyil, faiz mənfəətinin artması ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR