Azərbaycan prezidenti Burundi Respublikasının prezidentini təbrik edib

Azərbaycan prezidenti Burundi Respublikasının prezidentini təbrik edib
# 30 iyun 2014 15:41 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Burundi Respublikasının prezidenti Pyer Nkurunzizanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Burundi Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm. Bu bayram günündə sizə ən xoş arzularımı yetirir, dost Burundi xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR