Bakıda qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı dəyirmi masa keçirilib

Bakıda qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı dəyirmi masa keçirilib
# 15 may 2013 08:55 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda «Azərbaycanda qiymətləndirmə fəaliyyəti və onun təkmilləşdirilməsinin zəruriliyi» mövzusunda dəyirmi masa keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirin keçirilməsində məqsəd qiymətləndirmə şirkətləri ilə maliyyə institutları arasında dialoqun qurulması, bu sahədəki cari vəziyyət, qanunvericiliyin təkmilləşdirilməsi, qiymətləndiricilərin peşəkarlığının yüksəldilməsi və qiymətləndirmə fəaliyyətinin inkişaf perspektivlərinin müzakirə edilməsi olub. Dəyirmi masada əmlak girovlarının qiymətləndirilməsi üzrə peşəkarlığın və hüquqi statusun müasir vəziyyəti üzrə məruzələr dinlənilib, eləcə də qiymətləndirmə fəaliyyətinin vəziyyəti ilə bağlı qiymətləndirmə şirkətləri, bank və sığorta şirkətləri arasında keçirilmiş sorğunun nəticələri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR