«Accessbank» yeni istiqraz emissiyasına başlayır

«Accessbank» yeni istiqraz emissiyasına başlayır
# 23 dekabr 2013 08:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Accessbank» QSC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti dövlət qeydiyyatına alınıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 10 mln. manat təşkil edir.

Bir istiqrazın nominal dəyəri 1 min manatdır. İstiqrazlar üzrə gəlirlik illik 9%, tədavül müddəti isə 1 təqvim ili təşkil edir.

Qeyd edək ki, istiqrazların yerləşdirilməsi kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR