Bakı – APA. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan Dövlət Neft Şirkətinin Texas ştatında səfərdə olan nümayəndə heyəti, habelə Hyuston şəhərindəki azərbaycanlı icmasının nümayəndələri Hyuston şəhərinin meri xanım Annis Parkerlə görüşüb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə E. Süleymanov A. Parkeri yenidən şəhərin meri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, şəhərin azərbaycanlı icmasına göstərdiyi diqqətə görə təşəkkürünü çatdırıb. Səfir son illərdə Hyustondakı azərbaycanlı icmasının nəzərəçarpacaq dərəcədə fəallaşdığını və bu şəhərin Azərbaycan mədəniyyətinin ABŞ-dakı əsas mərkəzinə çevrildiyini qeyd edib. E. Süleymanov Azərbaycanın Dövlət Bayrağı Gününün ABŞ-da ən təntənəli şəkildə məhz Hyuston şəhərində keçirilməsinin simvolik məna daşıdığını deyib.
Görüşdə iştirak edən ARDNŞ-nin vitse-prezidenti Xaliq Məmmədov xanım A. Parkerə 1976-cı ildən qardaşlaşmış şəhərlər olan Bakı və Hyuston arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə öz təşəkkürünü ifadə edib.
A. Parker Bakı və Hyuston arasındakı sıx münasibətlərlə bağlı öz məmnuniyyətini çatdırıb və nümayəndə heyətinə Hyustona şəhərinə göstərdikləri davamlı marağa görə minnətdarlığını çatdırıb. Mer şəhərin azərbaycanlı icmasının şəhərin ictimai-mədəni həyatında fəal iştirakını təqdir etdiyini deyib, görüşdə iştirak edən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundovaya təşəkkürünü ifadə edib.
Görüş zamanı Hyuston və Bakı şəhərləri arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı səfərlərin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan nümayəndə heyəti Hyuston meri ilə görüşüb - FOTO
10 noyabr 2013 09:14 (UTC +04:00)
Xarici siyasət
Deputat: Azərbaycanla Belarus dost və strateji tərəfdaş ölkələrdir
11:32
18 may 2024
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024