Azərbaycanın xarici işlər naziri Kiyevdə bir sıra ikitərəfli görüşlər keçirib

Azərbaycanın xarici işlər naziri Kiyevdə bir sıra ikitərəfli görüşlər keçirib
# 05 dekabr 2013 14:18 (UTC +04:00)

Bakı - APA. ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Məmmədyarov ATƏT-in baş katibi Lamberto Zannier, eləcə də Gürcüstan, Belarus, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri ilə görüşüb.

Görüşlər zamanı regional məsələlər, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli yolları, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR