Qara Dəniz Ticarət və İnkişaf Bankı perspektivdə Azərbaycan Dövlət Neft Fondundan vəsait cəlb edəcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı perspektivdə Azərbaycan Dövlət Neft Fondundan vəsait cəlb edəcək
# 20 iyun 2013 10:22 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) perspektivdə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) vəsait cəlb edə bilər. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan QDTİB-in prezidenti Andrey Kondakov bildirib.

Onun sözlərinə görə, QDTİB artıq bu məsələ ilə bağlı ARDNF-la danışıqlar aparıb. Lakin Fondun investisiya qaydalarının müvafiq məhdudiyyətləri mövcuddur: «Hazırda QDTİB-in reytinqi «A» səviyyəsindədir, ARDNF-in investisiya qaydalarına görə isə Fond «AA» reytinqindən aşağı olan təşkilatlara sərmayə yatıra bilməz. Bankın reytinqi «AA» səviyyəsinədək artırılan kimi, biz ARDNF-a QDTİB-ə vəsaitin ayrılmasına dair müraciət edəcəyik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR