Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb

Media kəndində Mədəniyyət və Turizm Mərkəzi fəaliyyətə başlayıb
# 29 may 2015 17:13 (UTC +04:00)

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, mərkəzin yaradılmasında əsas məqsəd xarici KİV nümayəndələrinə Azərbaycanın turizm potensialını təbliğ etmək, bölgələrdə inkişaf etmiş turizm infrastruktur haqqında məlumat verməkdir.

Yeni yaradılan mərkəzdə Azərbaycan incəsənətini təcəssüm etdirən xalq sənətkarlığı nümunələri, əl işləri, Azərbaycan turizm və mədəniyyətinin təbliği məqsədilə müxtəlif dillərdə hazırlanmış reklam-çap məhsulları, buklet və broşurlar təqdim ediləcək.

Bu məqsədlə mərkəzin fəaliyyəti üçün ayrılmış ərazidə müvafiq stendlər, turizm təbliğatının əyani şəkildə aparılması üçün promo video-çarxların yayımlandığı monitorlar və digər texniki avadanlıqlar quraşdırılıb.

Qeyd edək ki, mərkəzində əlavə olaraq sərgilər təşkil olunacaq və ölkənin müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri, o cümlədən, xalça, geyim və məişət əşyalarının nümayişi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR