İŞİD Suriya-İordaniya sərhədində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Suriya-İordaniya sərhədində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 27 iyun 2016 01:19 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması Suriya-İordaniya sərhədində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb .


APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.


İyunun 21-də Suriya-İordaniya sərhədində, qaçqınların məskunlaşdığı düşərgə yaxınlığında avtomobil partlamışdı. Hadisə nəticəsində 6 sərhədçi ölmüş, 14-ü yaralanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR