“Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçib

“Azərbaycan Dəmir Yolları” QSC gücləndirilmiş iş rejiminə keçib
# 04 iyul 2016 06:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramında gucləndirilmiş iş rejimində işləyir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin edilir.

“Azərbaycan Dəmir Yolları” QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR