"DəmirBank" "Baharın 17 günü" adlı kredit aksiyasına start verib

"DəmirBank" "Baharın 17 günü" adlı kredit aksiyasına start verib
# 02 mart 2015 07:45 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank” qarşıdan gələn Novruz bayramı münasibətilə “Baharın 17 günü” adlı kredit aksiyasına start verib.

Bankdan “APA-Economicsə” verilən məlumata görə, Aksiyanın şərtlərinə görə müştərilər 15 min manatadək nağd pul kreditini müddəti maksimum 48 ay olmaqla əldə edə bilərlər.

Qeyd edək ki, “Baharın 17 günü” adlı kredit aksiyası martın 31-dək davam edəcək.

“DəmirBank” müxtəlif proqramlar üzrə əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bu sırada mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit və digər istehlak kreditləri mövcuddur.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb.

Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR