Bakı. Türbət Bağırova - APA. Türkiyə, Türkmənistan və Azərbaycan prezidentləri arasında Türkmənistandan Avropaya təbii qaz nəqlinin həyata keçirilməsini müzakirə etmək məqsədilə görüş planlaşdırılır.
APA-nın “hurriyetdailynews.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu bildirib.
Səfir deyib ki, görüşün bu ilin sonunda keçirilməsi gözlənilir.