Novruz bayramı ərəfəsində Azərbaycanda hava şəraitinin nisbətən sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir

Novruz bayramı ərəfəsində Azərbaycanda hava şəraitinin nisbətən sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir
# 18 mart 2013 09:06 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 9-14, bəzi yerlərdə 16 dərəcəyədək isti olacaq.

Martın 19-da respublikanın bölgələrində də hava şəraitin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.

Martın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

G.Məmmədova qeyd edib ki, martın 20-də də ölkə ərazisində hava şəraitinin nisbətən sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR