Bağdadda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb

Bağdadda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb
# 06 iyul 2016 21:57 (UTC +04:00)

Bakı-APA. İraqın paytaxtı Bağdadda törədilən terror aktı nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Əl Mayədin” telekanalı məlumat yayıb.

Hadisə zamanı 180 nəfər yaralanıb, 17 nəfər itkin düşmüş hesab edilir. Bundan əvvəl 250 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, iyulun 2-dən 3-ə keçən gecə Bağdadın Karada rayonunda avtomobil partladılıb. Daha bir partlayış Əş-Şaab rayonundakı bazarın qarşısında törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR