Müsavat Partiyası seçkilərdə iştirakını dayandırıb - YENİLƏNİB

Müsavat Partiyası seçkilərdə iştirakını dayandırıb - <span style="color: red;">YENİLƏNİB
# 28 oktyabr 2015 11:27 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Müsavat Partiyası parlament seçkilərində iştirakını dayandırıb.

APA-nın məlumatına görə, Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu barədə qərar Müsavat Divanının bu gün keçirilən növbədənkənar iclasında qəbul olunub.

Qərardan irəli gələn məsələlərin həlli Müsavat Partiyası Mərkəzi Seçki Qərargahına tapşırılıb.

A. Hacılı ümid etdiyini bildirib ki, Müsavat Partiyasının deputatlığa namizədliyi qeydə alınan üzvləri partiyanın seçkilərdə iştirakının dayandırılması barədə qərarını düzgün qəbul edəcək və seçkidə iştirakı dayandıracaq.

O qeyd edib ki, bununla belə, Müsavat Partiyasının müşahidəçiləri Mərkəzi Seçki Komissiyasında qeydə alınıb və Müsavat Partiyası seçkiləri müşahidə edəcək, bu sahədə fəaliyyətini REAL və NİDA ilə əlaqələndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR