İsrail təhlükəsizlik kabineti Türkiyə ilə sazişi təsdiqləyib

İsrail təhlükəsizlik kabineti Türkiyə ilə sazişi təsdiqləyib
# 29 iyun 2016 16:32 (UTC +04:00)

Bakı – APA. İsrail təhlükəsizlik kabineti Türkiyə ilə paraflanmış razılaşmanı təsdiqləyib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, baş nazir Benyamin Netahyahunun sədrliyi ilə keçirilən iclasda 7 nazir sazişin lehinə, 3 nazir isə əleyhinə səs verib. Əleyhinə səs verənlər müdafiə naziri Aviqdor Liberman, təhsil naziri Naftali Bennett və ədliyyə naziri Ayelet Şaked olub.

Sənəd iki həftə ərzində təsdiqlənmək üçün parlamentə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR