Balakəndə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - VİDEO

Balakəndə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 28 noyabr 2014 13:48 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda baş verən yol qəzasında üç nəfər xəsarət alıb. Balakən rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Balakən-Şanbul avtomobil yolunda baş verib. 1948-ci il təvəllüdlü, Balakən rayonunun Şanbul kənd sakini Kamil Məhəmməd oğlu Labazanovun idarə etdiyi “Merceds” markalı, 08 BE636 dövlət nömrə nişanlı avtomobillə 1978-ci il təvəllüdlü, Balakən rayonu Şanbul kənd sakini Ömər Məhəmməd oğlu Tunabasovun idarə etdiyi “Pajero” markalı, 90 CU 291 dövlət nömrəli avtomobil toqquşub. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri - 66 yaşlı Kamil Labazanov, 36 yaşlı Ömər Tunabasov və Ömər Tunabasovun sərnişini, 1981-ci il təvəllüdlü, Balakən rayonunun Qaysa kənd sakini Rafiq Mamed oğlu Nuxasov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Balakən RMX-dan APA-ya bildirilib ki, Kamil Labazanov xəstəxananın reanimasiya şöbəsinə, Ömər Tunabasov və Rafiq Nuxasov isə cərrahiyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR