“Bank Melli İran Baku” ilin I yarısını zərərlə işləyib

“Bank Melli İran Baku” ilin I yarısını zərərlə işləyib
# 19 iyul 2016 14:25 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. “Bank Melli İran Baku”nun aktivlərinin həcmi 2015-ci ilin II rübündə 99,822 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,73% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 19,5% artaraq 9,648 mln. manat olub.

Hesabat dövründə bankın cəmi öhdəliklərinin həcmi 48,771 mln. manat təşkil edib.

Bir il ərzində bankın məcmu kapitalı 0,16% azalaraq 51,051 mln. manat olduğu halda, nizamnamə kapitalı dəyişməyərək 51,434 mln. manat təşkil edib.

Cari ilin altı ayını bank 125 min 289,85 manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR