Pakistan prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb

Pakistan prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb
# 13 mart 2015 11:47 (UTC +04:00)

Bakı – APA. Pakistan prezidenti Məmnun Hüseyn Bakıdakı Əjdərbəy məscidində olub.


APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, Pakistan dövlət başçısı məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.


A. Paşazadə görüşdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan və Pakistan prezidentlərinin dostluq münasibətləri xalqlarımız arasındakı əlaqələrin təzahürüdür.


Şeyxülislam vurğulayıb ki, Pakistanın Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe xalqımız tərəfindən yüksək qiymətləndirilir.


Prezident M. Hüseyn isə Azərbaycana səfərindən, keçirdiyi çoxsaylı görüşlərdən, ölkəmizdə müşahidə etdiyi inkişaf prosesindən məmnunluğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR